Azedu.az

PISA Beynəlxalq Proqramının yekun nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Məktəblər

Maraqlı

Elm və Təhsil Nazirliyi

7 Sentyabr 2019, 11:42
PISA Beynəlxalq Proqramının yekun nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

PISA beynəlxalq tədqiqatının yekun nəticələri 2019-cu ilin dekabr ayında açıqlanacaq.

AzEdu.az xəbər verir ki, 2017-ci ilin aprel-may aylarında PISA tədqiqatının pilot mərhələsi keçirilib.

Məlumata əsasən,2018-ci ilin aprel-may aylarında keçirilən PISA 2018 tədqiqatının əsas mərhələsində Azərbaycanı 6.872 şagird təmsil edib. Tədqiqatın nəticələri PISA Beynəlxalq Konsorsiumu  tərəfindən qiymətləndirilir və yekun nəticələrin 2019-cu ilin dekabr ayında açıqlanması gözlənilir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının PISA Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı (Programme for İnternational Student Assessment) 2000-ci ildən etibarən hər 3 ildən bir təşkil olunur. Bu proqram 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox