Yeni tədris ili ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAÇ) Suraxanı rayon bölməsində valideynini itirmiş, əlil və aztəminatlı ailələrin uşaqları ilə görüş keçirilib.
Cəmiyyətin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, AzQAC Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova çıxış edərək görüşdə iştirak edən məktəbliləri yeni dərs ili münasibətilə təbrik edib, onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzu edib.
Valideynlər çıxış edərək onlara göstərilən qayğıya görə rayon bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə verilib.