Azedu.az

Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başladı

Kolleclər

6 Sentyabr 2019, 09:04
Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başladı

Sentyabrın 6-dan tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Zəngəzurda ciddi hazırlıq: Savaş mesajı verildi
Son xəbərlərDaha çox