Azedu.az

Goranboyda 9-cu sinif şagirdini maşın vurub öldürüb

Məktəblər

4 Sentyabr 2019, 21:02
Goranboyda 9-cu sinif şagirdini maşın vurub öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AzEdu.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlu yolu keçmək istəyən zaman “Priora” markalı minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, orada dünyasını dəyişib.

Faktla bağlı Goranboy Polis şöbəsində araşdırma aparılır.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox