Azedu.az

Məmur olmaq istəyənlərin nəzərinə - Müsahibə davam edir!

Dövlət qulluğu

4 Sentyabr 2019, 17:47
Məmur olmaq istəyənlərin nəzərinə - Müsahibə davam edir!

Ümumilikdə 5 dövlət orqanında 30 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 16-da elan olunmuş ümumi müsahibə davam edir.

AzEdu.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 4-ü saat 17:55-dək olan göstəricilərə əsasən, müsahibədə 12 nəfər uğur qazanıb. Onlardan 3 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 3 nəfər İqtisadiyyat Nazirliyində, 3 nəfər Maliyyə Nazirliyində, 2 nəfər Sumqayıt Apelyasiya Məhkəməsində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr sentyabrın 9-da başa çatacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (22 vəzifə) tərəfindən təqdim olunub.

Xatırladaq ki, ümumi müsahibədə iştirak üçün 57 nəfər müraciət edib.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox