Azedu.az

Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri başlanıb

Məktəblər

2 Sentyabr 2019, 20:43
Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri başlanıb

Sentyabrın 2-də Mingəçevir, Quba və Şamaxı təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

 
Təhsil Nazirliyindən AzEdu.az-a  verilən məlumata görə, Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirilən sentyabr konfransında məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Nazir müavini 2019-2020-ci tədris ili üçün prioritet məsələlərdən söz açıb, bununla bağlı tapşırıq və tövsiyələrini verib.

 

Konfransda Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonlarının təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.

 

Sonra yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb.

 

***

 

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

 

Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Quba, Qusar və Xaçmaz rayonlarının təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, məktəb psixoloqları və təhsil işçiləri iştirak ediblər.

 

Konfransda müvafiq rayon təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlər və qarşıda duran məsələlər barədə hesabat məruzəsi ilə çıxış ediblər.

 

Muxtar Məmmədov çıxış edərək təhsil sahəsində həyata keçirilən yeniliklər və nəzərdə tutulan hədəflərdən danışıb. O, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Konfrans növbəti tədris ili ilə bağlı müzakirələrlə davam etdirilib.

 

***

 

Şamaxı şəhər Mədəniyyət Mərkəzində Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

 

Konfransda məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

 

Əvvəlcə Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

 

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov məruzələrə öz münasibətini bildirib.

 

Sonra yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla iki gün ərzində keçiriləcək. Plenar müşavirələr sentyabrın 2-dən 6-dək təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

 

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-da başa çatacaq.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox