Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Finlandiyadır.
AzEdu.az bu dəfə Finlandiyada təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:
-Finlandiya universitetlərində təhsil almaq üçün nə qədər IELTS balı lazımdır?
-Finlandiya universitetlərində təhsil almaq üçün IELTS balı 6.5 olmalıdır.
-Finlandiyaya tələbə vizası almaq üçün bank hesabında nə qədər pul olmalıdır?
-Tələbə vizası almaq üçün bank hesabında minimum 10.000 dollar pul olmalıdır.
-Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alıram. Bilmək istərdim ki, oxuduğum ixtisas üzrə Finlandiya universitetlərində magistr təhsili ala bilərəm?
-Təəssüf ki, Finlandiya universitetlərində ingilis dili müəllimliyi ixtisası mövcud deyil
-Fin dilini bilənlər üçün Finlandiya universitetlərində təhsil ödənişsizdir?
-Finlandiya universitetlərində ödənişsiz təhsil almaq üçün ingilis və ya fin dilini bilməyin fərqi yoxdur.
-Finlandiya universitetlərində İT sahəsi üzrə təhsil almaq mümkündür?
- Finlandiya universitetlərində İT sahəsi üzrə təhsil almaq mümkündür.
Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.