Azedu.az

Kirayədə yaşayan valideyinlərin nəzərinə:  Övladlarınız sizə yaxın məktəbdə qeydiyyatdan keçə bilər

Məktəblər

27 Avqust 2019, 14:04
Kirayədə yaşayan valideyinlərin nəzərinə:  Övladlarınız sizə yaxın məktəbdə qeydiyyatdan keçə bilər

Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulunda işğal altında olan rayon məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, seçilmiş uşağın məlumatları “Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi”ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə, yaxud məcburi köçkün vəsiqəsi ilə birlikdə alternativ qeydiyyat mərkəzlərinə müraciət etməlidir.

Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.

Qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox