İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
AzEdu.az qeydiyyat üçün lazımlı sənədləri təqdim edir:
-Təhsil haqqında sənədin əsli;
-Tibbi arayış;
-Şəxsiyyət vəsiqəsi (surəti);
-3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;
-Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);
Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.