Azedu.az

Bakıda məktəbli faciəli şəkildə ölüb

Maraqlı

23 Avqust 2019, 21:43
Bakıda məktəbli faciəli şəkildə ölüb

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 8 yaşlı uşaq faciəvi şəkildə ölüb.

AzEdu.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki, 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərovu elektrik cərəyanı vurub.

Belə ki, azyaşlı pişiklə oynayan zaman heyvan qaçaraq transformatorun arxasına girib. Pişiyi götürmək üçün transformatora tərəf gedən Ələkbəri elektrik cərəyanı vurub.

Hadisə nəticəsində yanan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox