Azedu.az

Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib  

Kolleclər

Universitetlər

Dövlət İmtahan Mərkəzi (DİM)

23 Avqust 2019, 17:43
Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib  

Avqustun 23-ü saat 17.00-a olan məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olunanların 89%-i, (o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97%-i) qeydiyyatdan keçiblər.

Dövlət İmtahan Mərkəzindən AzEdu-ya verilən məlumata görə, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı bu gün başlayıb və sentyabrın 2-də bitəcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox