Azedu.az

Gələn il V qrupa sənəd verənlərin nəzərinə! - Builki nəticə ilə qəbul oluna bilərsiniz

Bakalavr və sınaq imtahanları

22 Avqust 2019, 14:29
Gələn il V qrupa sənəd verənlərin nəzərinə! - Builki nəticə ilə qəbul oluna bilərsiniz

Qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) nəticəsi 2 il qüvvədə olur. Abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari və növbəti tədris illərində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda deyilir ki, abituriyentin I,II,III və IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün müvafiq illərdə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox