2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada aparılan sənəd qəbulu bu gün başa başa çatır.
Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.
Bu günə qədər olan məlumata əsasən, 10768 namizəd müraciət edib.
Qeyd edək ki, nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.