Ali təhsil müəssisələrinin və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, avqustun 17-si saat 14:50-dək olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə 59, II qrup üzrə 701, III qrup üzrə 17, IV qrup üzrə 11, V qrup üzrə 13 nəfər ərizəsini təsdiqləyib.
Onbirillik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 10.328 nəfər ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlər üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.