Azedu.az

Vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Avqust 2019, 16:12
Vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi davam edir  

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox