Azedu.az

Bu qədər abituriyent 400-dən yuxarı  bal yığsa da, “kəsildi” –III qrupda gərginlik

15 Avqust 2019, 16:43
Bu qədər abituriyent 400-dən yuxarı  bal yığsa da, “kəsildi” –III qrupda gərginlik

III ixtisas qrupu üzrə 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak edən ümumilikdə 3089 abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 8-ci nömrəsində dərc olunub.

III ixtisas qrupu üzrə müsabiqәdә iştirak edib ali tәhsil müәssisәlәrinә qәbul olmayan abituriyentlәrin imtahan ballarının paylanılması haqqında məlumata əsasən:

500 baldan yuxarı nəticə göstərən 1;

400 baldan yuxarı nəticə göstərən 63;

200 baldan yüksək nəticə göstərən 3089 abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox