Azedu.az

Bu abituriyentlər boş qalan yerlərin müsabiqəsində iştirak edə bilməz - RƏSMİ

15 Avqust 2019, 10:21
Bu abituriyentlər boş qalan yerlərin müsabiqəsində iştirak edə bilməz - RƏSMİ

Ali təhsil müəssisələrində boş qalan plan yerlərinə ixtisas seçimi bugündən internet vasitəsilə aparılacaq.

Abituriyentlərin son günlərdə ən çox maraqlandıran məsələlərdən biri də boş qalan plan yerləriylə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, I turda iştirak edib ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslər II turda boş qalan yerlərin müsabiqəsində iştirak edə bilməzlər.

 

Xatırladaq ki,  ali təhsil müəssisələrində boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox