Azedu.az

Milli Kitabxanada kitab sərgisi -  “Rafael Hüseynov-65”

13 Avqust 2019, 09:45
Milli Kitabxanada kitab sərgisi -  “Rafael Hüseynov-65”

Milli Kitabxanada “Rafael Hüseynov-65” adlı kitab sərgisi açılıb
Avqustun 10-da Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yazıçı-publisist, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun yaradıcılığına həsr olunmuş kitab və dövri mətbuat materiallarından ibarət “Rafael Hüseynov-65” adlı sərgi açılıb.

Sərgidə alimin Azərbaycan və xarici dillərdə əsərləri, elmi məqalələri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi 10 gün davam edəcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox