Azedu.az

\"Bu ixtisas qrupunda boş qalan plan yerlərinin sayı az olacaq\" - Ekspert

7 Avqust 2019, 17:55
\

“Xüsusilə də II ixtisas qrupunda çox az plan yeri boş qalacaq”

Bu sözləri  Azedu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O, ixtisas seçimi zamanı diqqət edilməsi gərəkən məqamlardan söz açıb. Xatırladıb ki, ixtisas seçiminin II turu, yəni boş qalan plan yerlərinə qəbul 15-19 avqust tarixində baş tutacaq:

“Bu turda abituriyent və subbakalavrlar I turun nəticələrini xüsusilə nəzərə almalıdırlar. İxtisas seçimi I mərhələdəki keçid balları nəzərə alınaraq  edilməlidir.

II tur üçün keçid balları o qədər də yüksək olmayacaq. Xüsusilə də, II qrupda olduqca az plan yeri boş qalacaq.

Bu il subbakalavrların da ərizə qəbulunda iştirak etmələrinə baxmayaraq, boş qalan plan yerləri olacaq”.

Ekspert onu da bildirib ki, hər hansı ixtisasa qəbul olunub sonradan həmin ixtisasdan imtina edən avituriyent II turda iştirak edə bilməz:

“Boş qalan plan yerlərinə qəbul zamanı çox az yer boş qalacaq. Məsələn, təhsilhaqqının yüksək olduğunu nəzərə alsaq, Xəzər Universitetində boş yerlər qala bilər”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox