“Beynəlxalq İnformatika Olimpiadasının qaliblərini ADA-ya dəvət edəcəyik”
AzEdu.az-ın xəbərinə görə, bunu ADA-nın rektoru professor Hafiz Paşayev 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında bildirib:
O qeyd edib ki, olimpiadada qalib olan şagirdlər universitetə dəvət olunacaq:
"Sonuncu şura iclasında belə qərara gəldik ki , beynəlxalq olimpiada qalibləri qəbul zamanı üstünlük təşkil edəcək. Bu olimpiadada qalib olan 8 nəfəri də dəvət edəcəyik, universitetimizdə tam imtiyazlı təhsil ala bilsinlər".
Qeyd edək ki, bu gün ADA Universitetində Beynəlxalq İnformatika Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib.