Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün saat 11:05-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 10243, II ixtisas qrupu üzrə 8400, III ixtisas qrupu üzrə 10688, IV ixtisas qrupu üzrə 2844 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4251 nəfərdir.
Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək. (AZƏRTAC)