Azedu.az

İxtisas seçimi davam edir: 31 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi (DİM)

30 İyul 2019, 12:06
İxtisas seçimi davam edir: 31 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu gün saat 11:35-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 8957, II ixtisas qrupu üzrə 7171, III ixtisas qrupu üzrə 9078, IV ixtisas qrupu üzrə 2498 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 3865 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.

 

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox