“Yarışlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 234 tələbəsi iştirak edib”.
Bu sözləri AzEdu.az-a açıqlamasında ali təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yusif Ağayev deyib.
Onun sözlərinə görə, ADNSU həmin tələbələrə müəyyən güzəştlər edib:
“Universitet rəhbərliyi yarış vaxtı tələbələrin qaib məsələsinə güzəşt edib. Yəni, tələbələrin qaibləri nəzərə alınmayıb. İmtahanlarda isə onlara hər hansı güzəştin edilməsi nəzərdə tutulmayıb”.