Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Belarusdur.
AzEdu.az bu dəfə Belarusda təhsil almaq istəyənlərin ən çox verdikləri suala cavabı təqdim edir:
-Belarus universitetlərində təhsil almaq üçün nə tələb olunur?
-Belarus universitetlərində təhsil almaq istəyənlər ilk növbədə İngilis və ya Rus dilini yüksək səviyyədə bilməlidirlər.
-Belarus univeristetində təhsil almaq istəyirəm. Amma dil biliyim yetərli səviyyədə deyil. Bilmək istəyirəm ki, dil biliyi olmadan Belarus universitetlərində təhsil almaq mümkündür?
-Dil bilgisi olmayanlar Belarus universitetlərinin birində hazırlıq keçməli olacaqlar. Belarus müəllimləri çox tələbkar olduğu üçün buradakı universitetlərdə oxumaq çətindir.
-Belarus universitetlərində hansı ixtisaslar üzrə təhsil almaq daha perspektivlidir?
-İnformasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə Postsovet ölkələri arasında Belarus liderdir. Həmin ixtisaslar üzrə təhsil almaq daha perspektivlidir.
-Belarus universitetlərinə yalnız attestatla qəbul olmaq mümkündür?
-Belarus universitetlərinə attestatla qəbul mümkün deyil. Orada oxumaq istəyənlər attestatı təqdim edərək müsahibədən keçməlidirlər.
-Belarus universitetlərində ingilis və ya rus dili proqramlarında təhsil almaq üçün nə etmək lazımdır?
-İngilis dili proqramlarında təhsil almaq istəyənlər müsahibəni ingiliscə, Rus dilində oxumaq istəyənlər isə rusca verirlər.
-Belarus universitetləri tərəfindən verilən diplom Azərbaycanda tanınır?
-Belarus universitetlərinin diplomları bütün ölkələrdə tanınır.
-Belarus universitetlərində təhsil haqqı nə qədərdir?
-Belarus universitetlərində təhsil haqqı isə 1000 və 5000 dollar arasındadır.