Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bu gün saat10:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 6086, II ixtisas qrupu üzrə 4518, III ixtisas qrupu üzrə 5639, IV ixtisas qrupu üzrə 1722 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2618 nəfərdir.
Bütün ixtisas qrupları üzrə ümumilikdə 20337 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.
Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.