İyulun 22-də riyaziyyat, texnologiya və kimya üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib.
AzEdu.az xəbər verir ki, test imtahanlarında 2700 namizəd iştirak edib. 6 nəfər köçürmə halına yer verərək imtahan qaydalarını kobud surətdə pozduğu üçün nəticələri ləğv edilərək müsabiqədən kənarlaşdırılıb.
Qeyd edək ki, iyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb. İmtahanda iştirak edən Aidə Sadıqova 60 bal toplayaraq namizədlər arasında maksimum nəticə göstərib.