2019-cu ildə keçirilən qəbul imtahanları başa çatıb.
Hər il olduğu kimi cari ildə də imtahan zamanı qayda pozuntusu aşkarlanan abituriyentlər imtahandan kənarlaşdırılaraq nəticələri ləğv ediliblər.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, I-IV ixtisas qrupları üzrə yaz və yay qəbul (blok) imtahanlarında ümumilikdə 44 nəfər imtahandan qovulub.
II və III ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında 12,yay qəbul imtahanlarında 15, I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında 11, yay qəbul imtahanlarında isə 6 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.