Ev tapşırıqları uşağın öyrənmə müddətini sürətləndirərək dərsə hazırlığını təmin edir. Valideynin ev tapşırığına dəstək verməsi şagirdin məsuliyyətini artırdığı kimi özünə inama da müsbət təsir göstərir.
Bəs valideynlər uşaqların ev tapşırığına kömək üçün nə qədər vaxt ayırırlar?
AzEdu.az xəbər verir ki, bu haqda İbrahim Nəbioğlu öz “Facebook” hesabından paylaşım edib.
İbrahim Nəbioğlunun paylaşdığı siyahıda hindistanlı valideynlər həftədə 12 saat ev tapşırığına vaxt ayırmaqla birinci yeri tutublar.
Daha sonra 8.7 saatla Türkiyə II, 7.9 saatla Sinqapur isə III yerə çıxıb.
III, IV, V yerlərdə isə ardıcıllıqla Brazilya, Rusya, Çin, qərarlaşıb.
Daha sonra siyahıda Cənubi Afrika, ABŞ, Cənubi Koreya, Almaniya, İspanya, Avstralya, Fransa, Yaponyanın adları çəkilib.
Rəna Nəbi