Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyat müddəti uzadılmayacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.
Məlumatda qeyd olunur ki, subbakalavrlar üçün təyin olunan qeydiyyat müddəti başa çatıb və müddətin uzadılması nəzərdə tutulmur.
Xatırladaq ki, subbakalavrların ixtisas seçimi bu il müsabiqədə iştirak edən abituriyentlərlə bir yerdə iyulun 24-dən avqustun 6-dək aparılacaq.