Azedu.az

Abituriyentlərə hava-su kimi vacib olan kitabçalar buraxılacaq- Bu tarixdə  

18 İyul 2019, 12:10
Abituriyentlərə hava-su kimi vacib olan kitabçalar buraxılacaq- Bu tarixdə  

II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər üçün köməkçi kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə bu kitabçalar nəşr olunub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox