Azedu.az

MİQ müsabiqəsində daha 3 namizəd maksimum nəticə göstərdi

MİQ

17 İyul 2019, 14:22
MİQ müsabiqəsində daha 3 namizəd maksimum nəticə göstərdi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, bu gün ibtidai sinif müəllimliyi üzrə keçirilən işə qəbul müsabiqəsində Aidə Balamirzə qızı Mikayılova, Günel Məmmədağa qızı Məmmədova və Lalə Mirkalam qızı Babayeva 58 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə ediblər.

Aidə Mikayılova 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, Günel Məmmədova 2013-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində, Lalə Babayeva 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alıblar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox