Paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarına qeydiyyat bu il də elektron qaydada aparılacaq.
Bunu AzEd.az açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib. O bildirib ki, uşaqların məktəbəhazırlıq qruplarına qeydiyyatı ilə bağlı hər hansı məktəbə yaxınlaşmağa ehtiyac yoxdur. Prosesə start verildikdən sonra valideynlər övladlarını elektron sistem - mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirəcəklər.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.