Türkiyə Böyük Millət Məclisi Təhsil Komissiyasında qəbul edilən və 13 universitetin bölünərək 20 yeni universitet yaradılmasını hədəfləyən qanun layihəsi gələn həftə TBMM ümumi heyətinə təqdim olunacaq.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə rəsmən qəbul edildikdən sonra 200 min tələbə başqa universitetlərdə təhsilini davam etdirəcək. Bu o deməkdir ki, tələbələr təhsil aldıqları universitetdən digərinə məcburi şəkildə köçürüləcəklər.
Qeyd edək ki, qanun layihəsi köklü universitetlərdə yaranan tələbə sıxlığının qarşısını almağı hədəfləyir.