Azedu.az

DİM yenidən Apellyasiya Komissiyası yaratdı-SƏBƏB  

Rezidentura

15 İyul 2019, 15:13
DİM yenidən Apellyasiya Komissiyası yaratdı-SƏBƏB  

Dövlət İmtahan Mərkəzi iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi), hərbi liseylərə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçirib.

İmtahanlar saat 11:00-da başlanıb.

Rezidenturaya qəbul imtahanı 2 saat 30 dəqiqə, digər imtahanlar isə 2 saat davam edib.

Bugündən etibarən imtahan materiallarının emalına başlanıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahan iştirakçılarının müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Komissiya Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına iyulun 15-17-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, imtahanın II mərhələsində 447 namizəd iştirak edib. Onlardan 299 nəfəri qız, 148-i isə oğlandır. 394 namizəd Azərbaycan, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır.

 

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox