Azedu.az

Qəbul  imtahanlarındakı 100 bal məhdudiyyəti ləğv olunacaq? - RƏSMİ CAVAB  

Bakalavr və sınaq imtahanları

11 İyul 2019, 15:12
Qəbul  imtahanlarındakı 100 bal məhdudiyyəti ləğv olunacaq? - RƏSMİ CAVAB  

 

Qəbul imtahanları yekunlaşsa da, son günlər sosial şəbəkələrdə müsabiqə şərtlərinin dəyişəcəyi ilə bağlı müzakirələr davam edir.

Bəzi abituriyentlər imtahanın ikinci mərhələsi üzrə tələb olunan bal məhdudiyyətinin (100 bal) ləğv olunacağıyla bağlı fikirlər səsləndirirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, müsabiqə şərtlərində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur.

İmtahanın II mərhələsi üzrə (blok imtahanı) tələb olunan bal məhdudiyyəti də ləğv olunmayacaq.

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox