9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün bu dəqiqəyə olan göstəricilərə əsasən, ümumilikdə 22.862 abituriyent ərizəsini təsdiqləyib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə 22.221, rus bölməsi üzrə 641 abituriyent qeydiyyatdan keçib.
Xatırladaq ki, 9 illik bazada kolleclərə ərizə qəbulu fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək kolleclərə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5 dək qeydiyyatdan keçə bilərlər.
Bunun üçün onlar “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidirlər.