Azedu.az

Nuri Şahin Harvardda təhsil alacaq

Maraqlı

27 Aprel 2018, 17:29
Nuri Şahin Harvardda təhsil alacaq

“Borussiya Dortmund”un türkiyəli futbolçusu Nuri Şahin ABŞ-ın dünyaca məşhur Harvard universitetinə qəbul olunub.

AzEDU.az Qol.az-a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib:

“Öyrənmək və özünü inkişaf etdirməyin yaşı, yeri, vaxtı yoxdur. Harvarddan qəbul məktubum gəldi. Orada alacağam təhsil üçün çox həyəcanlıyam, əfsanəvi professor Anita Elberse ilə tanış olacağım üçün də”.

Qeyd edək ki, ötən il Türkiyə millisindəki karyereasını başa vuran 28 yaşlı futbolçu 2012-ci ildən “Borussiya Dortmund” klubunda çıxış edir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox