Azedu.az

Universitetlərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - İxtisas seçiminin tarixləri

9 İyul 2019, 12:26
Universitetlərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - İxtisas seçiminin tarixləri

 

 Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində iştirak edəcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Subbakalavrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu  üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçiminə qatılacaq.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox