Orta təhsil müəssisələrində tədris ili artıq yekunlaşıb.
AzEdu.az Türkiyənin təhsil naziri Selçuk Ziyanın valideyn və uşaqlara yay tətilini daha maraqlı keçirmələri üçün məsləhət gördüyü siyahını təqdim edir:
- Bağçada çiçək əkin;
- Təbiət qoynunda gəzin;
- Fərqli bitki növləri ilə tanış olun;
- "Beş daş" oynayın;
- Muzeyə gedin;
- Birlikdə ağaca çıxıb təbiəti seyr edin;
- Küçədəki daşları qaldıraraq altında soxulcan, böcək axtarın;
- Bir alimin həyatını araşdırın;
- Küçə heyvanlarına su verin;
- Yelləncək düzəldin;
- Birlikdə yemək hazırlayın;
- Yeni nağıl öyrənin;
- Övladınıza kağızdan gəmi düzəltməyi öyrədin;
- Öz uşaqlıq xatirələrinizi bölüşün;
- Küçədən tapdığınız daşları rəngləyin;
- Otlardan tütək düzəldin;
- Birlikdə evinizi təmizləyin;
- Birlikdə velosiped sürün;
- Birlikdə şahmat oynayın;
- Dünya xəritəsini öyrənin;
- Övladınıza yüksək səslə kitab oxudun;
- Şirniyyat hazırlayın;
- Su və enerjiyə qənaət üsullarını birlikdə öyrənin;
- Birlikdə bir film izləyin, senarist və rejissoru birlikdə tanıyın;
- Birlikdə gəzintiyə çıxın, addımlarınızı sayın;
- Birlikdə bir hekayə yazın;
- Birlikdə kitab oxuyun;
- Böyükləri ziyarət edin;
- "Gizlən qaç" oynayın;
- Şeir əzbərləyin;
- Birinə məktub yazın;
- Bir qarışqa yuvası tapın və çörək qırıntıları atın;
- Paltar qatlamağı və ütüləməyi öyrənin;
- Pəncərədən baxıb gördükləriniz haqqında danışın;
- Birlikdə mürəbbə hazırlayın;
- Fərqli ağaclardan yarpaqlar toplayın və dəftərə yapışdırın;
- Birlikdə meyvə suyu hazırlayın;
- Birlikdə bir ilkin tibbi yardımı öyrənin;
- Ehtiyacı olan birinə kömək edin;
- Bir tanışınızla reportaj hazırlayın;
- Bir rəssamın həyatını araşdırın;
- Birlikdə bir qolbaq hazırlayın;
- Təbiətdən topladığınız ləvazimatlarla şəkil çərçivəsi düzəldin;
- Öz-özünə hazırlaya biləcəyi yemək öyrədin;
- Kitabxanaya gedin və üzv olun;
- Ailəliklə yerə uzanıb ulduzları seyr edin;
- Böyük bir təpəyə çıxın;
- Bir aparatı və ya cihazı sökərək parçalarını yerinə taxın;
- Bərabər süfrə düzəldin;
- Səssiz film oyunu oynayın;
- Təbiətdə istiqamət tapmaq oyunu oynayın;
- Evin ehtiyac siyahısını hazırladın;
- Birlikdə rəsm çəkin;
- Günəşin doğuşunu və batışını izləyin;
- Yeni bir dildə salamlaşma və təşəkkür etməyi öyrənin.