Təhsil dövlətin gələcək inkişafı üçün əsas sahələrdən biridir. Bir millət savadlı, bacarıqlı, təhsilli gəncləri ilə irəli gedə bilər. Bəzi ölkələrdə sırf bu prinsipləri nəzərə alaraq, ali təhsili tamamilə pulsuz ediblər.
Yəni, bu ölkədəki istənilən universitetdə qətiyyən pul ödəmədən oxumaq mümkündür:
AzEdu.az pulsuz təhsil verən ölkələri təqdim edir:
Braziliya
Braziliya universitetlərinə qəbul olmaq üçün yalnız qeydiyyat haqqı ödəmək lazımdır. Həmçinin burada ingilis dilində tədris proqramları təklif edilir.
Almaniya
Almaniyada ingilis dilində təhsil almaq üçün 900-dən çox pulsuz tədris proqramları var. Belə addım xarici tələbələri Almaniyaya cəlb etmək üçün tətbiq olunub.
Finlandiya
Finlandiyada təhsil haqqı yoxdur. Bu ölkədə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir. Finlandiya universitetləri inglis dilində tədris proqramları təklif edirlər. Burada yaşayış xərcləri xarici tələbələr üçün biraz baha ola bilər.
Fransa
Fransada təhsil haqqı yoxdur. Təhsil haqqı olan universitetlər isə simvolik rəqəm olaraq 200 avrodan çox təyin etmirlər.
Norveç
Norveç tələbələri, həmçinin xarici tələbələr bu ölkədə təhsil almaq üçün ödəniş etmirlər. Lakin bura soyuq havası və yaşayış xərclərinin yüksək olması ilə fərqlənir.Burada da Finlandiyadakı kimi hər bir tələbə üçün 500-900 avro xərc çəkilir.
Sloveniya
Avropanın şərgində yerləşən Sloveniyada təhsil almaq üçün yalnız qeydiyyat haqqı ödəmək lazımdır.
İsveç
Digər Skandinaviya ölkələri kimi burada da təhsil tamamilə pulsuzdur.
Pulsuz ali təhsil verən ölkələrə Danimarka və Çexiya da aiddir.