Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır.
Həmçinin akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.
Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
AzEdu.az 2018-2019-cu tədris ilində akkreditasiyası keçirilən müəssisələrini təqdim edir:
Azərbaycan Dillər Universiteti |
Bakı Mühəndislik Universiteti |
Mingəçevir Dövlət Universiteti |
Azərbaycan Respublikası DİN-nin Polis Akademiyası |
Azərbaycan Respublikası Gömrük Komitəsinin Akademiyası |
AR DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi |
Naxçıvan Müəllimlər İnstitutu |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı |
Bakı Dövlət Universitetinin Qazax filialı |