Azedu.az

Maksimum bal toplayan İmişli məktəblisi: “400 bal toplamaq üçün yay imtahanına  qatıldım”

3 İyul 2019, 17:45
Maksimum bal toplayan İmişli məktəblisi: “400 bal toplamaq üçün yay imtahanına  qatıldım”

“Buraxılış imtahanından 289,4 bal toplamışdım. Suallar asan idi, sadəcə öz səhvim ucbatından buraxılış imtahanında maksimum nəticə göstərə bilmədim”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşov deyib. Turqut qəbul imtahanında çətinlik çəkmədiyini vurğulayıb:

“Yaz qəbul imtahanlarında 386,4 bal topladım. 400 bal toplaya bilmək üçün yay imtahanlarına qatıldım. Mənə görə, imtahan o qədər çətin keçmədi. Suallar rahat idi.

Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliy ixtisasını seçmək fikrindəyəm”.

Qeyd edək ki, 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 9 nəfər 400 bal toplayıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox