Azedu.az

Dövlət İmtahan Mərkəzi  Biləsuvarda qəbul keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM)

2 İyul 2019, 23:28
Dövlət İmtahan Mərkəzi  Biləsuvarda qəbul keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev iyulun 11-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən  AzEdu.az-a  verilən məlumata  görə, qəbulda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul saat 11:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Mərkəzin internet saytında elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Lənkəran regional bölməsinə (ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52 ) müraciət etmələri xahiş olunur (əlaqə tel: (025) 255 24 82).

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox