"Özümü 700 bala kökləməmişdim. Çünki bu balı toplamaq şans işidir. Mənə görə, 650 baldan çox nəticə göstərən istənilən şagird 700 bal toplaya bilər"
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı I ixtisas qrupu üzrə 400 bal toplayan Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunu Mirkazım Ağayev deyib. Onun sözlərinə görə, suallar həmişəki qəbul səviyyəsində salınmışdı:
"İmtahan modeli yeni olduğuna görə, bəzi şagirdlər əziyyət çəkdilər. Özümü imtahana kökləmişdim. Əvvəllər də uğurlarım olub. Olimpiadalarda iştirak etmişəm, 9 dövlət üzrə keçirilən olimpiadada bürünc medal qazanmışam, "Əlaçı" verilişinə qatılmışam. 11 illik əziyyətimin bəhrəsini görürəm.
İki universitet arasında seçim edib, ya Bakı Ali Neft Məktəbi, ya da UFAZ-ı seçəcəyəm. Buraxılış imtahanında 285,4 bal, yaz qəbul imtahanında isə 359,1 bal toplamışdım. İkinci imtahandan 400 bal yığaraq balımı 685,4-ə çatdırdım".