Azedu.az

Qəbul imtahanında maksimum bal toplayan Rüstəm: “Bu uğura sevinmirəm, çünki...”

2 İyul 2019, 18:17
Qəbul imtahanında maksimum bal toplayan Rüstəm: “Bu uğura sevinmirəm, çünki...”

"Bu uğuruma sevinib, digər hədəflərimi gözardı etmək istəmirəm.  400  bal mənim üçün sadəcə, motivasiyadır"

Bu sözləri  AzEdu.az-a açıqlaması zamanı IV ixtisas qrupu üzrə 400 bal  toplayan, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Rüstəm Həsənov deyib. O, hələ hər şeyin başlanğıc olduğunu qeyd edib:

"Qarşıda daha çox hədəfim var. İmtahanın I mərhələsindən 393 bal toplamışam. Ümumi nəticəm 687 bal oldu.  Yaxşı oxuyan abituriyent üçün imtahanın yeni qaydalarla təşkili heç bir problem yarada bilməz".

Qeyd edək ki, bu gün 23 iyunda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox