7 iyulda II və III ixtisas qrupları üzrə yay qəbul imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlər sabahdan etibarən qəbul imtahanında iştirak etmək üçün "buraxılış vərəqəsi"ni çap edə biləcəklər.
"İmtahana buraxılış vərəqəsi" DİM-in rəsmi saytında (dim.gov.az) yerləşdiriləcək.
Qeyd edək ki, "buraxılış vərəqəs"si olmayan heç bir abituriyent imtahana buraxılmayacaq.