Azedu.az

Kolleclərə elektron ərizə qəbulu davam edir

Kolleclər

30 İyun 2019, 10:12
Kolleclərə elektron ərizə qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu fevralın 22-dən martın 11-dək aparılıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyunun 27-dən avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. İxtisas seçimi 24 iyul-5 avqust tarixlərində aparılacaq.

TERROR AKTI - Rusiya konsulluğu PARTLADILDI
Son xəbərlərDaha çox