Azedu.az

Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

28 İyun 2019, 13:28
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Yevlax rayonunun gənc müəllimlərindən olan Nuranə Təyyarlıya həsr olunub. Nuranə Təyyarlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 57 bal toplayıb. Hazırda Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir.

Şagirdkən coğrafiya fənnini sevgi ilə mənimsəməyə çalışdığını deyən Nuranə müəllim bildirir ki, elə indi də öyrədə - öyrədə çox şey öyrənir. Nuranə Təyyarlı düşünür ki, əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək evə qayıtmasıdır.  

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox