2018-ci ildə tam orta təhsilini başa vuran şagirdlərin təxminən 23%-i təhsilini davam etdirməməyi qərara alıb.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Məlumatda qeyd olunur ki, 23% məzun ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında kolleclərə qəbul üçün müraciət etməyib.
Onların 66%-i oğlan, 34%-i qız şagirdlərdir.