Azedu.az

IV ixtisas qrupu üzrə 150 ballıq ixtisaslar  -SİYAHI

24 İyun 2019, 14:46
IV ixtisas qrupu üzrə 150 ballıq ixtisaslar  -SİYAHI

Ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Lakin bəzi ixtisaslar üzrə ümumi keçid balı 150 müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər", "Ekologiya", "Əczaçılıq"ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq"ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xatırladaq ki, iyunun 23-də I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları keçirilib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox